ritor.az

Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib

4-02-2025, 19:04 0 dəfə baxılıb

Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib
Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib
Bakı, 4 fevral, Ritor.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı münasibətilə Prezident Anura Kumara Dissanayakeyə təbrik məktubu ünvanlayıb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, məktubunda milli bayram – Müstəqillik Günü münasibətilə Anura Kumara Dissanayakeyə və bütün Şri-Lanka xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930