ritor.az

Tovuzda əsgər Məmmədov Mehralı Novruz oğlu dəfn edildi

28-05-2022, 17:57 182 dəfə baxılıb

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonunda qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər 2003-cü il təvəllüdlü Məmmədov Mehralı Novruz oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Tovuz rayonunun Öskən kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə Mehralı Məmmədovun atası Novruz Məmmədova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930