ritor.az

Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub

14-05-2025, 21:57 2 dəfə baxılıb

Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub
Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub
Bakı, 14 may, RİTOR.az
Bakıda Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” keçirilir.

RİTOR.az xəbər verir ki, forum çərçivəsində ümumi müzakirələrlə yanaşı, ikitərəfli görüşlər də təşkil olunur, fikir mübadiləsi aparılır. Belə görüşlərdən biri də “Azərpoçt” və Gürcüstan Poçtu arasında reallaşıb.

Görüşdə iştirak edən “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə və Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq əlaqələr ofisinin rəhbəri Nugzar Bregvadze arasında iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub. Gələcəyə doğru elektron kommersiya bağlamaların çatdırılması üzrə təcrübələrin və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması, eləcə də Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30