ritor.az

DİN: Həftəsonu vətəndaşların bank kartlarından 16 minə yaxın pul vəsaiti oğurlanıb

19-05-2025, 10:50 20 dəfə baxılıb

DİN: Həftəsonu vətəndaşların bank kartlarından 16 minə yaxın pul vəsaiti oğurlanıb
DİN: Həftəsonu vətəndaşların bank kartlarından 16 minə yaxın pul vəsaiti oğurlanıb

Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - deyə, məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30