ritor.az

İsveçrə Alplarında xizək turunda olan beş nəfər ölü tapılıb

25-05-2025, 20:41 22 dəfə baxılıb

İsveçrə Alplarında xizək turunda olan beş nəfər ölü tapılıb
İsveçrə Alplarında xizək turunda olan beş nəfər ölü tapılıb

Mayın 25-də Alp dağlarının İsveçrəyə aid hissəsində (Valiz Alpları) beş xizək turu iştirakçısının cəsədi tapılıb.

RİTOR.az xəbər verir ki, alpinistlər mayın 24-də təxminən 4000 metr yüksəklikdə tur iştirakçılarını müşahidə ediblər və xilasetmə xidmətinə xəbərdarlıq göndəriblər.

Valiz kantonu polisinin verdiyi məlumata görə, beş nəfərin cəsədi Tsermatt xizək mərkəzinin yaxınlığında tapılıb. Həlak olanların şəxsiyyəti hələlik məlum deyil.

İlkin ehtimala görə, tur iştirakçıları kəskin hava şəraitində qar uçqununa məruz qalıblar. Yüksək dağlıq ərazidə bir neçə gün davam edən xizək turları ekstremal idmançılar arasında populyar olsa da, gözlənilməz hava şəraiti və qar uçqunları insan həyatına son qoya bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30