ritor.az

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

19-05-2025, 10:56 20 dəfə baxılıb

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib
Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

Mərkəzi Bank tərəfindən ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradılıb.

Mərkəzi Bankdan bildirilib ki, yeni naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və ingilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb. Hazırda naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır.

Bununla yanaşı, naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür.

Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcəkdir. Növbəti dövrlərdə zərurət olduqca naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaqdır.

“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində statistika bölməsinə inteqrasiya edilib.

“İnteraktiv statistik məlumat bazası”na aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür: https://navigation.e-cbar.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30