ritor.az

Mərakeş parlamentarisi: İslamofobiya Avropanın və Amerikanın bəzi regionlarında artmaqda

27-05-2025, 22:01 23 dəfə baxılıb

Mərakeş parlamentarisi: İslamofobiya Avropanın və Amerikanın bəzi regionlarında artmaqda
Mərakeş parlamentarisi: İslamofobiya Avropanın və Amerikanın bəzi regionlarında artmaqda
Bakı şəhərində keçirilən islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans yüksək səviyyədə təşkil edildi. Bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən olan ekspert və iştirakçılar arasında geniş fikir və təcrübə mübadiləsinə şərait yaradır.

Bu sözləri açıqlamasında Mərakeş parlamentinin üzvü, professor Nabil Adel söyləyib.

O qeyd edib ki, konfrans islamofobiyanı əhatə edən müxtəlif mövzuları gündəmə gətirməklə yanaşı, mühüm və faydalı müzakirələrə zəmin yaradır. Professor hazırda islamofobiya meyillərinin xüsusilə Avropa və Amerikanın bəzi regionlarında artmaqda olduğunu diqqətə çatdırıb. “Bu cür tədbirlər İslam dini haqqında maarifləndirmə və islamofobiya ilə mübarizə baxımından olduqca zəruridir. Çünki hər bir mübarizə danışıqlardan və dialoqlardan başlayır. İslamofoblar İslam haqqında məlumatlıdırlar və çox yaxşı bilirlər ki, bu din, əslində, sülh və tolerantlıq dinidir. Onların islamofobiyanı seçməsi isə şəxsi və siyasi maraqlara xidmət edir”, – deyə N.Adel əlavə edib.

Nabil Adel belə beynəlxalq tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu platformalar yalnız islamofobiya ilə mübarizədə deyil, həm də sülh və qarşılıqlı anlaşma mədəniyyətinin təşviqində mühüm rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30