ritor.az

Şimali Koreyada yeni esminesin batması ilə əlaqədar 3 nəfər saxlanılıb

25-05-2025, 20:45 19 dəfə baxılıb

Şimali Koreyada yeni esminesin batması ilə əlaqədar 3 nəfər saxlanılıb
Şimali Koreyada yeni esminesin batması ilə əlaqədar 3 nəfər saxlanılıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni istehsal edilmiş 5 min tonluq esmines gəmisinin istifadəyə verilmə mərasimindəki insidentə görə baş mühəndis də daxil olmaqla 3 nəfər saxlanılıb.

RİTOR.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Fəhlə Partiyasının rəsmi orqanı olan “Rodong Sinmun” qəzeti məlumat yayıb.

Qeyd edək ki, KXDR-in rəsmi KCNA agentliyi yeni istehsal edilmiş esmines gəmisinin mayın 22-də istifadəyə verilmə mərasimində “ciddi hadisə” baş verməsi barədə xəbər yayıb. “Ciddi hadisə”nin nədən ibarət olduğu açıqlanmasa da, ölkə lideri Kim Çen Inın bu hadisəni dözülməz cinayət aktı kimi qiymətləndirdiyi bildirilir.

Böyük Britaniyanın Açıq Mənbə Mərkəzi kommersiya peykindən əldə edilən fotolara əsaslanaraq iddia edir ki, gəmi Çonqcin şəhərindəki tərsanədə yanı üstə yarım batmış vəziyyətdədir.

Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahı da KXDR esminesin yarıya qədər batmış vəziyyətdə olduğunu açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30