Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müşaviri, həmçinin peşəkar idmançı Orxan Süleymanov Polşanın paytaxtı Varşava şəhərində mayın 16-18-də keçirilən Dünya Karate Alyansının (WKA) Avropa çempionatında bütün rəqiblərini məğlub etməklə qızıl medal qazanıb.
RİTOR.az xəbər verir ki, həmçinin 18-35 yaşlı karateçilərin komanda döyüşlərində ölkəmizi təmsil edən komandamızın karateçiləri Azərbaycan Karate Federasiyasının tərkibində fəaliyyət göstərən “Samuray” Karate Klubunun idmançıları Orxan Süleymanov, Röyal Səfərov və Elmin İsayev bütün döyüşlərdə rəqiblərinə qalib gəlməklə komanda şəklində qızıl medal qazanıblar.
Avropa çempionatının ikinci və üçüncü günündə uşaqlar və yeniyetmə karateçilərimiz ölkəmizi təmsil edəcəklər.