ritor.az

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21-05-2025, 20:17 0 dəfə baxılıb

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub
Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

Rusiya və Ermənistan yalnız real faktları rəhbər tutmağa üstünlük verərək, iki ölkə arasında etimad və açıqlığın olmadığı dövrü geridə qoyub.

RİTOR.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfərindən sonra Rusiya-Ermənistan Universitetində çıxışı zamanı bildirib.

“Yanvarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada idi, indi də mən buraya gəlmişəm, ən yüksək səviyyədə qəbula görə minnətdaram. Bu gün Xarici İşlər Nazirliyində apardığımız danışıqlar, Ermənistan prezidenti Vaaqn Xaçaturyan ilə görüş təsdiqlədi ki, biz qarşılıqlı etimadsızlıq və inciklik mərhələsini geridə qoyuruq, real faktlar var və biz onlara istinadən münasibət quracağıq. Bugünkü səfərin əsas nəticəsi ondan ibarətdir ki, biz qarşılıqlı inamın və açıqlığın olmadığı mərhələni artıq geridə qoyduq”, - Lavrov Moskva ilə İrəvan arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivləri barədə danışarkən deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30