ritor.az

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü Peruda təntənəli şəkildə qeyd olunub

28-05-2025, 18:13 14 dəfə baxılıb

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü Peruda təntənəli şəkildə qeyd olunub
Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü Peruda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü Perunun paytaxtı Limada təntənəli şəkildə qeyd olunub.

Bu barədə Perudakı səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən ölkəmizin Perudakı səfiri Məmməd Talıbov müsəlman Şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. O, tarixən qarşılaşdığı ədalətsizlik, hərbi təcavüz və digər çətinliklərə rəğmən, ölkəmizin bu gün müstəqil, uğurlu, suveren və dünyada rolu gündən-günə artan bir dövlətə çevrildiyini deyib. Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təmsilçimiz işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, eləcə də Azərbaycanın sülh gündəliyindən bəhs edərək, onilliklər boyu davam edən münaqişədən sonra bu gün regionu sülh, təhlükəsizlik və rifah məkanına çevirmək üçün tarixi bir fürsətin yarandığını vurğulayıb. Səfir, həmçinin beynəlxalq ictimaiyyətin Azərbaycanın davamlı və dönməz sülh gündəmini dəstəkləyəcəyinə və Ermənistanın sülh sazişinin ruhuna və mətninə zidd olan konstitusiya müddəalarının aradan qaldırılmasına yönəlmiş müvafiq addımlar atmağa çağıracağına ümid etdiyini bildirib.

Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub.

Tədbirdə Peru Konqresi sədrinin Birinci müavini xanım Karmen Patrisiya Xuarez Qaceqos Peru Konqresi adından Azərbaycan xalqını təbrik edib, parlamentlərimiz arasında yüksək əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının səmərəli fəaliyyətini təqdir edib.

Peru xarici işlər naziri Elmer Şialer Salsedo adından çıxış edən nazir müavini Feliks Deneqri Boza iki ölkə arasında münasibətlərin tarixinə nəzər salıb, ölkəmizin beynəlxalq arenada uğurunu xüsusi qeyd edib, Perunun ölkəmizlə əməkdaşlığın daha da inkişaf etməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı, həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Corel Kira Alkaraz Aqiero çıxış edib.

Tədbir çərçivəsində qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunub, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib və milli mətbəximizin nümunələri təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30