Nüvə materiallarının qanunsuz daşınmasına qarşı Azərbayanın atdığı addımlar AEBA ilə müzakirə edilib
Nüvə materiallarının qanunsuz daşınmasına qarşı Azərbayanın atdığı addımlar AEBA ilə müzakirə edilib
Vyana, 12 mart, RİTOR.az
Vyanada səfərdə olan Azərbaycan Repsublikasının Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə təhlükəsizliyi bölməsinin direktoru Yenela Buqlova ilə görüşüb.
RİTOR.az xəbər verir ki, görüş zamanı nüvə və radioaktiv materialların qanunsuz daşınması və dövriyyəsinə qarşı mübarizədə Azərbayan gömrük orqanları tərəfindən görülən tədbirlər barədə məlumat verilib, bu sahədə gömrük orqanlarının əməkdaşlarının potensialının artırılmasında AEBA ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.