ritor.az

AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb

11-03-2025, 13:23 1 dəfə baxılıb

AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb
AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb
Bakı, 11 mart, RİTOR.az

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.

11:09

Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930