ritor.az

AZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq

7-03-2025, 19:57 1 dəfə baxılıb

AZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq
AZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq
Bakı, 7 mart, RİTOR.az

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

RİTOR.az xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq. Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930