ritor.az

Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb

29-03-2025, 16:23 19 dəfə baxılıb

Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb
Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb
Gürcüstanda 2008-ci il 7-12 avqust aralığında Rusiya ilə baş verən müharibəyə dair aparılmış araşdırmanın nəticəsi ölkədə ciddi qalmaqala səbəb olub.

RİTOR.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze 2008-ci il avqust müharibəsini araşdıran komissiyasının yekun rəyini açıqlayıb.

Onun sözlərinə görə, bu araşdırma keçmiş hökumətin qərarları ilə bağlı ciddi suallar doğurub və cəmiyyətdə müzakirələrə yol açıb.

Mdinaradze bildirib ki, araşdırma komissiyası Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin 2008-ci il avqustun 7-si saat 23:45-də hərbi əməliyyatlara başlamaq haqqında əmr verdiyini müəyyən edib. Bu faktı həmin dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general Zaza Qoqava təsdiqləyib.

Bundan əlavə, komissiyanın hesabatında iddia olunub ki, “Vahid Milli Hərəkat” hökuməti müharibə ehtimalı barədə məlumata malik olsa da, Kodori və Tsxinvali bölgələrinin dinc əhalisini xəbərdar etməyib, nəticədə çox sayda mülki şəxs həlak olub.

Bundan başqa, araşdırmanın diqqət çəkən məqamlarından biri də Gürcüstanın keçmiş iqtidarının müharibədən iki ay sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hərbi əməliyyatlara məhz Gürcüstanın başladığının əks olunduğu və gürcü əsgərlərin hərbi cinayətlərdə ittiham edildiyi qətnaməsini dəstəkləməsi olub.

Araşdırma nəticələrinin ictimaiyyətə açıqlanması Gürcüstanda siyasi diskussiyaları daha da qızışdırıb. Müxalifət bu iddiaların siyasi motivli olduğunu əsas gətirərək araşdırmanın obyektivliyinə şübhə ilə yanaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930