20 avqust: Macarıstanda Müqəddəs İştvan günü, Seneqalda müstəqillik günü
Macarıstan bayrağı
20 avqust 1000 — Macarıstan dövlətinin yaranma günü.
20 avqust 1914 — Birinci dünya müharibəsi: Almanlar Brüsseli işğal etdilər.
20 avqust 1925 — Roma metrosunun ilk xətti açıldı.
20 avqust 1940 — Mexikoda Lev Trotskiyə qarşı sui-qəsd törədildi. Növbəti gün o vəfat etdi.
20 avqust 1968 — Varşava Müqaviləsi Təşkilatının qoşunları Praqa baharını yatırmaq üçün Çexoslovakiyaya yeridildi.
20 avqust 1988 — 8 il davam edən İran-İraq müharibəsi başa çatdı.
20 avqust 2008 — Madridin Barahas hava limanındakı təyyarə qəzası nəticəsində 154 nəfər həlak oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.