ritor.az

Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb

11-03-2025, 22:49 0 dəfə baxılıb

Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb
Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb
Xocalı, 11 mart, RİTOR.az

İşğaldan azad olunan Xocalı şəhərinin Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndlərində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Xocalı sakinləri çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər.

Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930