ritor.az

Xocalı rayonunda mina hadisəsi baş verib – BİRGƏ MƏLUMAT

21-02-2025, 21:53 0 dəfə baxılıb

Xocalı rayonunda mina hadisəsi baş verib – BİRGƏ MƏLUMAT
Xocalı rayonunda mina hadisəsi baş verib – BİRGƏ MƏLUMAT
Bakı, 21 fevral, Ritor.az

Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930