ritor.az

Azərbaycan TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında təmsil olunub

25-02-2025, 19:47 0 dəfə baxılıb

Azərbaycan TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında təmsil olunub
Azərbaycan TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında təmsil olunub
Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının "Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi" mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

Ritor.az BAKU.WS a istinadən xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev təmsil edib.

A.Vəliyev çıxışı zamanı Milli Məclis tərəfindən enerji sahəsinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraqməqsədyönlü işlərin aparıldığından danışıb, ölkədə keçirilən mühüm tədbirlərdən bəhs edib.

Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış "İqtisadi fəaliyyətdə təmiz enerji haqqında" model qanun layihəsi müzakirə edilərək təsdiq edilib.

Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930