ritor.az

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib

14-12-2024, 18:38 5 dəfə baxılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib.

Bu barədə "Report"a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına əsasən dekabrın 14-dən 15-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərində, eləcə də əksər dağlıq və dağətəyi rayonlarda gecə və səhər yolların buz bağlayacağı gözlənilir:

"BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir."

Qeyd edilib ki, qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930