ritor.az

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində

31-12-2024, 11:40 8 dəfə baxılıb

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Ritor.az AZƏRTAC-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, üç il əvvəl açılan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada ötən dövrdə 600-dən çox şəxsə xidmət, həmçinin sosial-psixoloji dəstək göstərilib, 100-dən çox tədbir keçirilib. Hazırda 156 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə olduğu mərkəzin İsmayıllıda “DOST Evi” filialı da fəaliyyət göstərir.

Benefisiarların əl işlərinin bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirildiyi bildirilib.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar “Yeni il” mövzusunda hazırladıqları şirniyyatları təqdim ediblər.

Səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və digər studiyalarda təlim prosesini, hazırlanan yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.

Benefisiarlar və “İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər.

Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı da təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930