ritor.az

Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub

21-12-2024, 21:01 4 dəfə baxılıb

Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub.

Sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb Mərkəzinə küvəzlər, eləcə də analara Yeni il münasibətilə hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930