ritor.az

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

23-12-2024, 13:37 1 dəfə baxılıb

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bakı,23 dekabr, Ritor.az

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, on nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, üç nəfərə isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930