Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək
Qulu Məmmədqulu oğlu Məhərrəmliyə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
Ritor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qulu Məhərrəmliyə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü veriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.