ritor.az

Göyərtəsində azərbaycanlıların olduğu gəmi fəlakət siqnalı verdi

16-12-2024, 13:56 7 dəfə baxılıb

Göyərtəsində azərbaycanlıların olduğu gəmi fəlakət siqnalı verdi
Göyərtəsində türkiyəli və azərbaycanlı şəxslər olan gəmi Kerç boğazında fəlakət siqanlı verib.

Ritor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqı bildirib.

Məlumatda bildirilib ki, türkiyəli iş adamına məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” adlı gəmidə 13 nəfər var. Onlardan biri Türkiyə, digərləri Azərbaycan vətəndaşlarıdır:

“Onlar bir neçə gün əvvəl Kerçdən çıxıblar, Türkiyəyə getməli idilər. Hazırda Kerç boğazındadırlar və fəlakət siqnalı veriblər. Lakin bu, qeyri-sabit hava şəraiti ilə bağlı deyil. Gəmi heyətinin qida və su ehtiyatı tükənib. Onlar Dənizçilərin Beynəlxalq Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiklərindən, Rusiyanın ittifaqına müraciət ediblər”.

Həmçinin qeyd olunub ki, ekipaj Temryuk limanının kapitanına müraciət edərək limana daxil olmağa icazə və yaranmış vəziyyətdə kömək istəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930