ritor.az

Yunanıstan Sahil Mühafizəsi Çanaqqalanın Bozcaada rayonunda beynəlxalq sularda üzən Komor adaları bayraqlı “Anatolian” adlı Ro-Ro gəmisinə atəş açıb.

10-09-2022, 23:36 160 dəfə baxılıb


Yunanıstan Sahil Mühafizəsi Çanaqqalanın Bozcaada rayonunda beynəlxalq sularda üzən Komor adaları bayraqlı “Anatolian” adlı Ro-Ro gəmisinə atəş açıb.

Bu barədə “Haberler” məlumat yayıb. Bildirilir ki, Türkiyə Sahil Təhlükəsizlik qüvvələri hadisə yerinə yollanıb. Bu zaman Yunanıstan qüvvələri ərazini tərk edib. İnsident zamanı xəsarət alanın olmadığı bildirilir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, gəmidəki 18 personaldan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır. Onların olduğu gəmi Türkiyə Sahil Təhlükəsizlik katerləri tərəfindən müşayiət edilir.
Faktla bağlı təhqiqatlara başlanılıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930