İsrail bir sıra Yaxın Şərq ölkələrində - Bəhreyn, Misir, İordaniya, Mərakeş və Türkiyədə səfirliklərini bağlayır.
Ritor/az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə İsrailin ictimai teleradio şirkətinin cümə axşamı “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.
İsrail mətbuatının məlumatına görə, hazırda dünyada 20-yə yaxın İsrail diplomatik missiyasının işi bu və ya digər şəkildə məhdudlaşdırılıb. İşçilərə evdə qalmaq və uzaqdan işləmək və ya olduqları ölkə hüdudlarında daha təhlükəsiz şəhərlərə köçmək tapşırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.