ritor.az

İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

29-03-2023, 12:56 8 dəfə baxılıb


İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ritor.az report-a istinadən xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Babayevin rəhbərlik etdiyi bu diplomatik missiya hökumətlərimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək mühüm körpü olacaq”.
“Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarı son 30 ildə inkişaf edən strateji əlaqələrimizin dərinliyinin göstəricisidir”, - E.Kohen vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930