Pakistanın xüsusi məhkəməsi dövlət sirlərinin yayılması işi ilə əlaqədar ölkənin keçmiş Baş naziri İmran Xanın həbs müddətini sentyabrın 13-dək uzadıb.
RİTOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkili Salman Safdar məlumat verib.
İ.Xanın vəkili Salman Safdar jurnalistlərə açıqlamasında bu qərarın məntiqsiz və qanunazid olduğunu bildirib.
Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.