Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Sudana 100 milyon dollarlıq humanitar yardım üçün tapşırıq veriblər.
Trend-in məlumatına görə, bu barədə Səudiyyənin Ərəbistanının mətbuat agentliyi xəbər verib.
Təşəbbüsün həyata keçirilməsi Kral Salman adına Humanitar Yardım və Humanitar Əməliyyatlar Mərkəzinə həvalə olunub. O, ilk növbədə döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərin ehtiyaclarını ödəməyə çalışacaq.
Mərkəz həmçinin istifadəçilərin birbaşa ianələrini əhatə edən Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyası başlatdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.