ritor.az

Xocavənd əməliyyatından 26 il ötür - VİDEO

10-04-2023, 12:50 77 dəfə baxılıb


Düşmənə əsir düşməmək üçün özlərini partladan şəhidlər yad edildi
10 barmağın biri yaralananda insanın ürəyi sızıldayır. 2-ci yaralananda ümumiyyətlə həmin əlini tərpətmək istəmirsən. Bəs 3-cü barmağa nəsə olsa necə? Onlar da 8 nəfər idilər. Hər biri fərqli evin övladı, ailə başçısı, doğması, yaxını. Xüsusi təyinatlılarımız Qarabağa kəşfiyyat məqsədilə getmişdilər. Düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirirdilər. Məqsəd Ermənistanın o zamanlar işğal altında olan torpaqlarımızdakı dislokasiya yerlərini müəyyən etmək, canlı qüvvəsi o cümlədən döyüş texnikası barədə məlumat toplamaq idi. Həmin vaxt üçün əslində bu ağır bir əməliyyat olacaqdı, elə də oldu. Onlar verilən tapşırığı artıq 3 gün idi ki icra edirdilər. məqsədlərinə də çatmışdılar. ancaq qəhrəmanlarımız düşmənin mühasirəsinə düşür. Düz 3 gün 3 gecə döyüş gedir. Bu döyüşdə qrupun bir üzvü-Aqil Əhmədov yaralanır. Silahdaşları elə zənn edir ki, Aqil Əhmədov həlak olub. Onlar yenə də döyüşə davam edir. Son mərmilərinə qədər mübarizə aparırlar. Və sonda silah-sursatları tükəndiyinə görə düşmən əlinə keçməmək üçün özlərini partladaraq şəhidlik zirvəsinə ucalırlar. Yaralanan Aqil Əhmədov isə əsir düşür. O, 23 ay əsirlikdə qalır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Aqil Əhmədov əsirlikdən geri alınır.

Hadisənin ildönümü ilə əlaqədar şəhidlərimizin ailə üzvləri, yaxınları, komandirləri onların şəhadətə ucaldığı yeri ziyarət etdilər. Ta qədimdən bəri el arasında belə bir deyim var. 7 oğul istərəm. Leytenant Elxan Ağayev, Leytenant Vüqar Yarəhmədov, Çavuş Anar Rzayev,Dinar Mustafayev, Aqşin Həsənov,Nizami Ələkbərov, Fariz Cavadov. Bəli, bu gün o 7 oğulun qarşısına gül dəstələri düzüldü, xatirələri ehtiramla anıldı. Bəlkə də onlar önlərinə düzülən bu dəstə gülləri, bu gün azad torpaqLARDA analarına, sevdiklərinə bağışlaya bilərdilər. Ən kiçiyinin 19, ən böyüyüyn isə 22 yaşı vardı. Onların etdiyi bu hərəkət dünyada analoqu olmayan bir hadisədir. Bu yaşda onlar tarixə qızıl hərflərlə düşəcək qəhrəmanlıq salnaməsi yazdı.

Onların bu gün başları dikdir. İllər saçlarının hər bir telinə dən salıb. Söhbət həmin qəhrəmanların analarından gedir. Bu gün ən çox onların danışmağa haqqı var. Biz susaq,onlar söyləsin.

Əslində 8 rəqəminin sanki bir möcüzəsi var. 8 rəqəmi qarşıya qoyduğun hər şeydə iddialı olmaq, məqsədlərinə çatmaq üçün səy göstərmək kimi ifadə olunur. Məhz Azərbaycanın dövlət rəmzlərindən olan gerb və bayrağımızdakı ulduz da səkkizguşəlidir. 26 il öncə 8 igid şərəflə, qətiyyətli addımlarla 1992-ci ildə şəhid olanların başlanğıcını qoyduqları bu yolu tamamlamağa cəhd göstərdilər.Düzdü onlar bu yolda şəhadətə yüksədilər. Ancaq yol yarımçıq qalmadı.2020-ci ildə Prezident İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan Ordusu onların hər damla qanının qısasını aldı, torpaqlarımız azad günlərə qovuşdu. 8 noyabr- Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu. Axı demişdik. 8 rəqəminin bir möcüzəsi var.
Video/

RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930