ritor.az

Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”

18-02-2023, 12:10 67 dəfə baxılıb


Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.

RİTOR.AZ xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında yazıb.

“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün - red) Qarsda olacaq”, - səfir dünən sosial şəbəkə hesabında qeyd edib.

"Qardaş köməyi" və "Türkiyə Əsri" Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadırlar.

Var olun”, - diplomat əlavə edib.

RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930