ritor.az

Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib

10-02-2023, 15:15 50 dəfə baxılıb


Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

Bu barədə "Report"a İcmadan məlumat verilib.

Əvvəlcə Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

İcmanın İdarə heyətinin sədri, deputat Əziz Ələkbərli söhbəti zamanı fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı səfirə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib: "Qardaş Türkiyənin acısı bütün Azərbaycanın acısıdır, bu faciənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan dövləti və Azərbaycan xalqı ilə bir yerdə Qərbi Azərbaycan İcmasının hər bir üzvü də əlindən gələn dəstəyi verir və verəcək".

Səfir Cahit Bağcı ziyarət üçün təşəkkürünü bildirərək Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu, hətta Türkiyənin yardım çağırışından əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin zəlzələdən 6 saat sonra hadisə yerində olduğunu vurğulayıb.

İcmanın rəhbər heyətinin digər üzvləri də qardaş ölkənin səfirinə başsağlıqlarını çatdırıb, yaralılara şəfa diləyib və bir daha belə bir acının yaşanmaması üçün dua etdiklərini bildiriblər. Görüşdə İcma sədri ilə yanaşı, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, sədrin müavinləri, millət vəkili Ramil Həsən, millət vəkili Hikmət Babaoğlu, Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, Gənclər Şurasının sədri, millət vəkili Ramin Məmmədov, İcma üzvü, millət vəkili Anar Məmmədov, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.

FOTO:



RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930