ritor.az

Tarixdə Bu Gün 16 Fevral

16-02-2023, 10:43 50 dəfə baxılıb



16 fevral: Fidel Kastronun baş nazir olması, Özbəkistanda terror hadisələri

Fidel Kastro 1959-cu ildə
1916 — Birinci dünya müharibəsinin gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum ilini işğal etmişdir.
1918 — Rusiya imperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan etmişdir.
1933 — Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaratmışlar.
1936 — İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlmişdir.
1956 — Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.
1959 — Fidel Kastro Kubanın baş naziri vəzifəsinin icrasına başlamışdır.
1999 — Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.

1873-cü il. Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, ilk ali təhsilli azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun doğum günüdür (1873-1925). O, 1902-ci ildə Peterburq mülki mühəndislər institutunu bitirib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Bakıdakı Təzəpir məscidi, Əmircandakı Murtuza Muxtarov məscidi, Şamaxıda Cümə məscidi, Bakı və Şamaxıda məktəb, xəstəxana, bir sıra yaşayış evləri onun layihələri əsasında ucaldılıb.

1945–ci il. Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabski vəfat edib (1879 - 1945). "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.


RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930