İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfərə getməyi planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə “Yedioth Ahronoth” qəzeti yazır.
Qəzet qeyd edir ki, bu, 2022-ci il dekabrın sonunda baş nazir postuna qayıdan Netanyahunun xaricə ilk səfəri olacaq.
Fransada Netanyahunun Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.
Qəzet qeyd edir ki, baş nazir şənbə günü axşam İsrailə dönməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.