ritor.az

"Putinin məsləhətçisinin qızı ilə bağlı cinayət əvvəlcədən planlaşdırılıb"

21-08-2022, 15:00 123 dəfə baxılıb


İstintaq hesab edir ki, Daria Duqinanın öldüyü cinayət hadisəsi əvvəlcədən planlaşdırılıb və sifarişlə hazırlanıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.

"Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırıldığını və sifarişli olduğunu hesab edir", - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirməyi davam etdirirlər. O cümlədən, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib, sonradan avtomobil xüsusi dayanacağa təxliyə edilib.

İstintaq orqanlarının məlumatına görə, şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində jurnalist və politoloq Daria Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb. (APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930