ritor.az

“Azərbaycanın Rusiya silah sənayesindən asılılığı azaldıb” - AÇIQLAMA

24-11-2022, 13:13 114 dəfə baxılıb


“Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb”.

Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun fikrincə, dronlar düşmənin kiçik və ortamənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır.

General-leytenant söyləyib ki, silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İkinci Qarabağ müharibəsində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) da müvəffəqiyyətlə tətbiq edib.

“Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu – “Harop” bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, “S-300” raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunub. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə sənayesinin istehsalı olan “Bayraktar TB-2”nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi”, - H.Piriyev bildirib.

RITOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930