ritor.az

“130 milyon manat ziyan dövlət büdcəsinə geri ödənilib”

29-09-2022, 11:59 184 dəfə baxılıb


2020-ci ilin mayından bu günədək ümumilikdə prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın pul vəsaiti dövlət büdcəsinə geri ödənilib.

RİTOR.AZ xəbər verir ki, bunu Baş Prokurorun müavini Heydər Məmmədov Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü, bu sahədə həyata keçirilən islahatlar barədə azərtac-a verdiyi müsahibəsində deyib:

"Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox mühüm işlər görməyə başlayıb. Belə ki, törədilmiş cinayətin istintaqını aparmaqla cinayət törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakların müəyyən edilərək zərərin ödənilməsinə yönəldilməsi prioritet hədəflərimizdən biridir. Bu baxımdan qeyd etdiyim idarə tərəfindən həmin pul vəsaiti və əmlakların izlənilib tapılması və xüsusi müsadirəyə cəlb edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Belə ki, cinayət yolu ilə vurulmuş ziyanın ödətdirilməsi, xüsusi müsadirənin həyata keçirilməsi zamanı əsas tələblərdən biri hesabatlılıq və şəffaflığın təmin edilməsidir".

Məhz bu məqsədlə keçən dövrdə dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 165 milyon manatdan yuxarı, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1 milyon manatdan yuxarı, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödənilmiş 30 milyon manatdan yuxarı, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1 milyon 800 min manatdan yuxarı pul vəsaitinin İdarə tərəfindən elektron-uçot bazasında qeydiyyatının aparılması təmin edilib:

"Habelə İdarə tərəfindən əmlakların izlənilməsi və aşkarlanması məqsədilə keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxslərə məxsus 608 nəqliyyat vasitəsi, 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib. Bu müddətdə 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 19 qeyri-yaşayış sahəsi, 13 nəqliyyat vasitəsi və 28 digər daşınmaz əmlakın mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılıb".
RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930