Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.
RİTOR.AZ “Report” a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi tviterdə yazıb.
Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə -münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən - ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu
RİTOR.AZ