Rəsmi İrəvanın hər fürsətdə qarşıdurma yaratması təəssüf doğurur Regional sülhə, sabitliyə və inkişafa sadiq olan Azərbaycan Azərbaycan dəfələrlə Ermənistanla sülh sazişinin hazırlanması təşəbbüsü ilə çıxış edib və bu məqsədlə müvafiq komissiyanı təsdiqləyib. Eyni zamanda sərhədin delimitasiyası, kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin yaradılması üzərində işləməyə hazır olduğunu bildirib. Amma təəssüf ki, Ermənistan hələ də danışıqların imitasiyası praktikasından istifadə edir və öhdəliklərini yerinə yetirmək əvəzinə, sülh prosesini pozmaq üçün tez-tez təxribatlara əl atır. Bu məsələni xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı gündəmə gətirib.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar İsgəndərov qeyd etdi ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə, barışa dəstək verməməsinə dair çıxışı təəssüf doğurur. Amma bu, qarşı tərəfə heç bir halda xal qazandıra bilməz. Bütün hallarda rəsmi İrəvan təxribatlar törətməklə beynəlxalq hüququn prinsiplərinə zidd addmlar atır.
Birmənalı olaraq davam edən bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsidir, Elə son təxribatlar - sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfin sərhəddə minalar basdırmaqla təxribat xarakterli əməllər törətməsi bunu bir daha sübut edir.
Qeyd edək ki, Azərbaycan gələcək nəsillər üçün təhlükəsiz və rahat gələcək qurmaq üçün müharibədən sonra münasibətlərin normallaşmasını hədəfləyir. VİDEO : RİTOR.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: