ritor.az

Sahibə Qafarova Tacikistana səfər edib

11-09-2022, 20:55 119 dəfə baxılıb


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfərə gəlib.

RİTOR. AZ ın aldığı məlumata görə , nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər.

Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Tacikistan Ali Məclisi Milli Məclisi sədrinin birinci müavini Rajabbəy Ahmadzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Tacikistan Ali Məclisinin yuxarı və aşağı palatalarının sədrləri və digər ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər sentyabrın 12-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930