ritor.az

Bakı-Sumqayıt qatarının şüşəsini sındıran azyaşlılar müəyyən edilib

15-07-2022, 14:51 241 dəfə baxılıb


Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Ritor.az xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir. Məlumata görə, nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930