ritor.az

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

24-03-2025, 18:25 17 dəfə baxılıb

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.

RİTOR.az xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb.

Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.

Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür faciələrin qarşısını almaq məqsədilə təkliflər hazırlamaq üçün xüsusi komissiya yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930