ritor.az

Zelenskidən Türkiyəyə türk dilində başsağlığı - FOTO

15-10-2022, 13:55 184 dəfə baxılıb


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

RITOR.AZ xəbər verir ki, bu barədə ukraynalı lider öz tvitter hesabında türkcə paylaşım edib.

Onun bu hərəkəti türk izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

"Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.

RITOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930