ritor.az

Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb

21-03-2025, 18:54 17 dəfə baxılıb

Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb
Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb
Qahirə, 21 mart, RİTOR.az

Sudan ordusu Respublika Sarayında üsyançı Çevik Dəstək Qüvvələrinin şəxsi heyətini və texnikasını məhv edib, onların silahlarını müsadirə edib və Xartumun mərkəzindəki nazirlik binalarına nəzarəti ələ alıb.

RİTOR.az bildirir ki, ordu komandanlığı bu gün verdiyi bəyanatda Respublika Sarayının azad edilməsini tarixi məqam adlandırıb.

Bəyanatda qeyd olunur ki, geri çəkilən Çevik Dəstək Qüvvələri “psixoloji və mənəvi cəhətdən çöküb”. Bildirilir ki, sakinlər Bəhri, Şərqi Nil və Omdurmana geri qayıda bilərlər. Xartum hava limanı tezliklə fəaliyyətini bərpa edəcək.

Eyni zamanda, Sudanın təhlükəsizlik qüvvələrinin komandanlığı geri çəkilməkdə olan üsyançılar tərəfindən Xartumda Prezident Sarayına dron hücumu nəticəsində 3 nəfərin həlak olduğu, bir neçə şəxsin yaralandığı barədə məlumat yayıb. Ölənlər Sudan Televiziyasının əməkdaşlarıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930