ritor.az

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

14-02-2025, 20:21 0 dəfə baxılıb

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq
Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq
Qahirə, 14 fevral, Ritor.az
Fevralın 15-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 38-ci sammiti işə başlayacaq.

Ritor.az AZƏRTAC a istinadən Əlcəzair mətbuatına istinadla xəbər verir ki, Afrika İttifaqı sammiti çərçivəsində Sülh və Təhlükəsizlik Şurasının fəaliyyəti, Afrika İttifaqının institusional islahatları və Afrika azad ticarət zonası layihəsinin icrası ilə bağlı hesabat müzakirə olunacaq. Afrikalılara kompensasiya ödənilməsi məsələsi də sammitin gündəliyindədir. Bu, tarixi ədalətin təmin edilməsi və afrikalıların razı salınması istiqamətində atılan konkret addım kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, “Afrikalılar və Afrika mənşəli şəxslər üçün kompensasiya yolu ilə ədalət” məsələsi dövlət və hökumət başçıları tərəfindən 2023-cü ilin fevralında Əddis-Əbəbədə keçirilən 37-ci illik sessiyada müəyyən olunub. Bu təşəbbüs afrikalı və diaspor icmalarını birləşdirərək, ədalət və kompensasiya məsələləri üzrə vahid cəbhə yaratmağa xidmət edir. Bu, xüsusilə, kolonializm, irqi ayrı-seçkilik və soyqırımı da daxil olmaqla, afrikalılara və Afrika mənşəli insanlara qarşı törədilmiş tarixi cinayətlərə görə kompensasiyanın təmin edilməsinə yönəlib.

Bu gün keçirilən görüşdə dövlət başçıları Somali, Cənubi Sudan, Sahel bölgəsi və Böyük Göllər regionunda davam edən münaqişələri, habelə Kamerun, Efiopiya, Sudan və Konqo Demokratik Respublikasındakı yeni böhranları müzakirə edəcəklər.

Afrika liderləri, həmçinin qitənin maliyyə suverenliyini gücləndirmək və beynəlxalq kredit reytinq agentliklərinin yaratdığı uzunmüddətli problemlərlə mübarizə aparmaq üçün Afrika Kredit Reytinq Agentliyinin təsis olunmasını da nəzərdən keçirəcəklər.

Sammitdə Afrika İttifaqı Komissiyasının sədri vəzifəsinə seçki keçiriləcək. Bu vəzifəyə Şərqi Afrikanı təmsil edəcək üç namizəd irəli sürülüb - Keniya Respublikasının sabiq Baş naziri Rayla Odinga, Cibutinin xarici işlər naziri Mahmud Əli Yusuf və Madaqaskarın sabiq xarici işlər naziri Riçar Randriamandrato. Hazırda Komissiyanın sədri Çad nümayəndəsi Musa Fəqi Məhəmməddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930