ritor.az

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

15-03-2025, 15:01 10 dəfə baxılıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb
Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 3,6 milyard dollar təşkil edib.

RİTOR.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkəyə 2,7 milyard dollarlıq məhsul idxal edilib və bu da 2024-cü ilin yanvar-fevral aylarının göstəricisindən 19,5 faiz çoxdur. İxrac isə 835,4 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 faiz çoxdur.

Gürcüstanın xarici ticarətində 1,9 milyard dollar saldo yaranıb, bu da ötən ilin analoji göstəricisindən 53,1 faiz çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930