ritor.az

Türkiyə Müdafiə Nazirliyi PKK terrorçularının təcili tərksilah olunmasını tələb edib

6-03-2025, 16:20 16 dəfə baxılıb

Türkiyə Müdafiə Nazirliyi PKK terrorçularının təcili tərksilah olunmasını tələb edib
Türkiyə Müdafiə Nazirliyi PKK terrorçularının təcili tərksilah olunmasını tələb edib
PKK terrorçuları və bu qanlı təşkilata bağlı bütün qruplar özlərini ləğv etdiklərini bəyan etməli, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalıdırlar.

RİTOR.az xəbər verir ki, bu barədə martın 6-da Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın müvafiq çağırışını xatırladaraq bildiriblər.

“Fevralın 27-də səslənən terror təşkilatının özünü ləğv etməsi və tərksilah olunması çağırışı diqqətəlayiqdir. Gec olsa da, terrorçular anladılar ki, terror fəaliyyəti onları istədikləri məqsədə çatdırmayacaq və yeganə çıxış yolu özünü buraxmalıdır”, -deyə nazirlik qeyd edib.

Eyni zamanda, Ankara terrorçuların hansısa atəşkəslə bağlı bəyanatlarını təxribat cəhdi adlandırıb. “Türkiyə düşünülmüş mövqedən çıxış etməyə davam edəcək, təxribata və prosesdə gecikmələrə yol verməyəcək”, -deyən Türkiyə Müdafiə Nazirliyindəki mənbələr qazilərə minnətdarlıq edərək, həmçinin terrorla mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930