ritor.az

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

5-03-2025, 19:41 10 dəfə baxılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moskva, 5 mart,RİTOR.az

Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

RİTOR.az xəbər verir ki, Rusiya tərəfi bu ölkənin Moldovadakı səfiri Oleq Ozerovun etimadnaməsinin indiyə qədər ölkə prezidenti tərəfindən qəbul edilməməsinə görə narazılıq bildirib. O.Ozerov səfir qismində Moldovaya 2024-cü ilin oktyabrında gəlib.

Rusiya XİN-dən qeyd olunub ki, bu, 1961-ci ildə qəbul olunmuş Diplomatik Əlaqələr haqqında Vyana konvensiyasına ziddir.

Moldova səfirinə Vyana konvensiyasının mətni, həmçinin Rusiya səfirinin qəbul edilməsinin gecikmə səbəblərinə aydınlıq gətirilməsini tələb edən verbal nota təqdim olunub. Rusiya tərəfi bildirib ki, Moldova tərəfinin hərəkətləri xarici nümayəndəliklərin rəhbərlərinə qarşı münasibətdə diplomatik praktikanın vahidliyi prinsipinə ziddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930