ritor.az

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

24-03-2025, 18:19 1 dəfə baxılıb

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib
Bakı, 24 mart, RİTOR.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bayram tədbirlərinə Vətən müharibəsi şəhidlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının övladları, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqların asudə vaxtının maraqlı və səmərəli keçirilməsi, onların sosial reabilitasiyasına dəstək göstərilməsi məqsədi daşıyan tədbirlər Bakı, Abşeron, habelə digər şəhər və rayonlarda təşkil edilib.

Konsert proqramları, əyləncəli oyunlar, viktorinalar, eləcə də təqdim edilən hədiyyələr iştirakçılara xoş təəssüratlar bəxş edib.

Novruz şənliklərində ümumilikdə həssas kateqoriyadan olan 5 minə yaxın uşaq iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930